14:45 12-10-2021
news_image
194
FUTBOL

Anası Mahir Emrelinin durumuna aydınlıq gətirdi - üçüncü test olacaq

Azərbaycan millisinin hücumçusu Mahir Emreli üçüncü dəfə koronavirus testindən keçəcək.

Bu barədə apasport.az saytına 24 yaşlı futbolçunun anası Elnurə Emreli məlumat verib.

O bildirib ki, oğlunun səhhəti qaydasındadır, heç bir problemi yoxdur: “Dünən Mahirin testi pozitiv çıxmışdı. Ardından həkimlər ekspress test götürdülər, nəticəsi neqativ oldu. Mahir bu gün başqa bir yerdə də test verəcək. Vəziyyəti əladır, heç bir simptom yoxdur”.

Qeyd edək ki, UEFA-nın tətbiq etdiyi tibbi protokola uyğun olaraq, Mahir Emreli millimizin heyətində DÇ-2022-nin seçmə mərhələsində bu gün Serbiya ilə keçiriləcək oyunda iştirak edə bilməyəcək.