17:47 12-10-2021
news_image
86
FUTBOL

“Barselona”ya investisiya fondlarından dəstək - Halandın transferi üçün

“Barselona” Dortmund “Borussiya”sının hücumçusu Erlinq Halandı transfer etməkdə qərarlıdır.

Apasport.az saytının məlumatına görə, Kataloniya klubu maliyyə problemlərinə baxmayaraq, 21 yaşlı forvardla anlaşmağa çalışır.

Klub prezidenti Joan Laporta hətta Halandın atası və meneceri ilə də görüşüb. “Barsa” rəhbərliyinin müqavilənin bağlanmasında kluba kömək etməyə hazır olan bir neçə investisiya fondundan təklifləri var. Yalnız norveçlinin yüksək maaş tələbləri ispanlar üçün ciddi maneə sayılır.

Qeyd edək ki, Erlinq Haland “Real” və PSJ-nin də transfer gündəmindədir.