15:19 17-10-2021
news_image
105
FUTBOL

Liqa tarixində ardıcıl ən çox oyun keçirən futbolçular - SİYAHI

İspaniya La Liqasının VIII turunda “Atletik”in heyətində ardıcıl 203-cü matçına çıxan İnyaki Uilyams təkrarlanması olduqca çətin görünən rekorda imza atıb.

Apasport.az saytının məlumatına görə, İspaniya mətbuatı ölkə çempionatında fasiləsiz ən çox oyun keçirən futbolçuların siyahısını açıqlayıb.

Uilyamsın zirvəni ələ keçirdiyi cədvəldə 5 oyunçu qərarlaşıb.

1. İnyaki Uilyams - 203 oyun
“Atletik”in “Alaves”i 1:0 hesabı ilə məğlub etdiyi qarşılaşmada start heyətində yer alan Uilyams çempionatda ardıcıl 203-cü oyununa çıxaraq, tarixi rekorda imza atıb. 

2. Yon Andoni Larranyaqa – 202 oyun
Larranyaqa “Real Sosyedad”dan başqa heç bir klubun formasını geyinməyib. Con Benjamin Toşakın baş məşqçi postuna təyinatından sonra müdafiənin mərkəzinə keçən futbolçu 1986-1992-ci illər aralığında cəmi 2 görüşü buraxıb. Onun La Liqadakı 202 oyunluq rekordu bu yaxınlarda qırılıb.

3. Luis Migel Arkonada – 188 oyun
Arkonada da karyerası ərzində yalnız “Real Sosyedad”ın şərəfini qoruyub. Yerli qapıçı bu forma altında üst-üstə 188 görüşdə əlcəyi heç kimə verməyib.

4. Andoni Zubizarreta – 184 oyun
Zubizarreta 1986-cı ildə rekord məbləğə “Atletik”dən “Barselona”ya keçib. İspaniyalı qolkiper kataloniyalıların ardıcıl 4 liqa çempionluğu dönəmində cəmi 4 oyunu buraxıb və ardıcıl 184 matçda çərçivəni qoruyub.

5. Alfredo di Stefano – 171 oyun
1953-cü ildə “Real”a keçən di Stefano düz 11 il Madrid təmsilçisində qalıb və klubun əfsanəsinə çevrilərək saysız-hesabsız uğurlar əldə edib. O, “Real”ın ardıcıl 171 oyununun iştirakçısı olub.