16:59 12-10-2021
news_image
139
FUTBOL

Azərbaycan kubokunun iştirakçılarının sayı açıqlandı

Azərbaycan kubokunda 2021/2022-ci illər mövsümünün iştirakçı komandaları müəyyənləşib.

Apasport.az-ın PFL-in rəsmi saytına istinadən məlumatına görə, yarışda Premyer Liqanın 8 komandası ilə yanaşı, I Divizion təmsilçiləri olan “Zaqatala”, “Kəpəz”, “Qaradağ Lökbatan” və MOİK mübarizə aparacaq.

Azərbaycan Kubokunun püşkatma mərasimi noyabrın 10-da AFFA-nın inzibati binasında keçiriləcək və saat 15:00-da başlayacaq.