17:05 12-10-2021
news_image
104
FUTBOL

Millimizi püşkatmada baş məşqçi təmsil edəcək

Oktyabrın 18-də futzal üzrə AVRO-2022-nin final mərhələsinin püşkatma mərasimi keçiriləcək.

Apasport.az-ın Azərbaycan Futzal Federasiyasının rəsmi saytına istinadən məlumatına görə, Niderlandın Zeist şəhərindəki futbol federasiyasının düşərgəsində təşkil olunacaq tədbirdə ölkəmizi milli komandanın baş məşqçisi Joze Alesio da Silva təmsil edəcək. 

Onunla yanaşı, komandanın meneceri Fərrux Hüseynzadə də tədbirə qatılacaq. Püşkatma Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.

Qeyd edək ki, final mərhələsində ilk dəfə olaraq 16 komanda yarışacaq. İştirakçılardan 15-i məlumdur. Noyabrda Serbiya ilə Belarus arasında keçiriləcək pley-off oyunlarından sonra son iştirakçı da müəyyənləşəcək.

Millimiz ardıcıl 6-cı dəfə Avropa çempionatının final mərhələsində gücünü sınayacaq.