22:26 12-10-2021
news_image
92
FUTBOL

Milli tarixinin yeni bombardiri – Litmaneni keçdi

DÇ-2022-nin seçmə mərhələsində Qazaxıstanla keçirilən oyun Finlandiya yığmasının hücumçusu Teemu Pukki üçün əlamətdar olub.

Apasport.az saytının məlumatına görə, “Norviç”in forvardı komandasına 2:0 hesablı qələbə qazandırdığı matçda rekorda imza atıb.

Dublla yadda qalan Pukki millidəki qollarının sayını 33-ə çatdırıb. 98 görüşdə bu göstəriciyə nail olan 31 yaşlı qolçu Finlandiya yığması tarixinin ən məhsuldar futbolçusuna çevrilib. O, əfsanəvi Yuri Litmanenə məxsus rekordu yeniləyib.

Qeyd edək ki, Yuri Litmanen millinin heyətində 137 matçda 32 dəfə fərqlənib.