23:16 12-10-2021
news_image
117
FUTBOL

Millimizdə itki: Lüksemburqla oyunu buraxacaq

Azərbaycan millisi itki ilə üzləşib.

Apasport.az saytının məlumatına görə, müdafiəçi Höccət Haqverdi DÇ-2022-nin seçmə mərhələsinin növbəti oyununu buraxacaq.

O, noyabrın 11-də Lüksemburqa qarşı Bakı Olimpiya Stadionundakı qarşılaşmada forma geyinə bilməyəcək. Buna futbolçumuzun cəzalı duruma düşməsi səbəb olub.

Yığmamızın üzvü hazırda davam edən Serbiya ilə səfər matçında sarı vərəqə alıb. Bu, onun tsikldə ikinci xəbərdarlığı olub.

Qeyd edək ki, cari seçmə mərhələdə millimizin iki sarı vərəqə alan ilk üzvü Anton Krivotsyuk olub. O, Portuqaliya ilə qarşılaşmada cəzasını çəkib.