01:08 13-10-2021
news_image
133
FUTBOL

Draqan Stoykoviç: “Azərbaycandan istədiyimizi aldıq”

“İlk dəqiqədən 90-cı dəqiqəyə qədər tam üstünlük bizdə oldu”.

Apasport.az saytının məlumatına görə, bunu Serbiya yığmasının baş məşqçisi Draqan Stoykoviç DÇ-2022-nin seçmə mərhələsində Azərbaycan millisinə qarşı keçirilən oyun barədə danışarkən deyib.

Doğma arenasında 3:1 hesablı qələbə qazanan serblər qrup liderliyini davam etdirib.

Qarşılaşmadan sonra təşkil edilən mətbuat konfransında Stoykoviç fikrini bu sözlərlə davam etdirib: “Yaxşı çıxış etdik, kifayət qədər qol imkanlarımız oldu. Nəticənin əhəmiyyətini bilirdik, gözlədiyimizi, istədiyimizi aldıq. 45-ci dəqiqədə buraxdığımız səhvə baxmayaraq, bütün komanda sakit qala bildi. Yeni şanslar yaxalayacağımızı bilirdik. Qrupda indiyə qədər etdiklərimiz möhtəşəmdir. Uşaqları yaxşı oyuna, arzuya, döyüş ruhuna görə təbrik edirəm”.