11:55 13-10-2021
news_image
66
FUTBOL

Korlanan yubileylər: 30 və 10-cu dəfə...

DÇ-2022-nin seçmə mərhələsinin VIII turunda Serbiya ilə keçirilən səfər oyunu Azərbaycan millisinin 2 futbolçusu üçün əlamətdar olub.

Apasport.az saytının məlumatına görə, Belqraddakı qarşılaşma hücumçu Namik Ələskərov və qapıçı Şahruddin Məhəmmədəliyevin yubileyi ilə yadda qalıb.

Komandamızın 1:3 hesabı ilə məğlub olduğu matça sonradan qoşulan Ələskərov 30-cu dəfə yığmanın formasını geyinib. Maraqlıdır ki, “Bursaspor”un forvardı hələ qol hesabını açmayıb.

10-cu dəfə millinin çərçivəsini qoruyan Şahruddinin yubileyini isə onu 3 dəfə məyus edən serblər korlayıb. “Qarabağ”ın qolkiperi 10 qarşılaşmada qapısında ümumilikdə 15 top görüb.

Qeyd edək ki, hazırda karyerasını davam etdirənlər arasında Azərbaycan millisinin heyətində ən çox çıxış edən futbolçular Maksim Medvedev və Qara Qarayevdir. Kapitan 74 matçda 4 qol vurubsa, Qarayevin aktivində 71 matç var.