13:51 13-10-2021
news_image
91
FUTBOL

“Bavariya” Noyerlə bağlı qərarı

“Bavariya”nın kapitanı Manuel Noyer klubla müqavilə müddətini yeniləyəcək.

Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, bu prosesin tezliklə reallaşacağı bildirilib.

Tərəflər arasında danışıqlar artıq son mərhələdədir. 35 yaşlı qolkiper karyerasını Münhen klubunda bitirməyi planlaşdırdığı üçün rəhbərliyin yeni saziş təklifini müsbət cavablandırıb. Onun Bundesliqa təmsilçisi ilə hazırkı sözləşməsi 2023-cü ilin yayına qədərdir.

Qeyd edək ki, Manuel Noyer 2011-ci ildən “Bavariya”nın formasını geyinir.