09:00 14-10-2021
news_image
78
FUTBOL

Kresponu sabiq qapıçı əvəzlədi

“San-Paulo” klubu baş məşqçisini dəyişib.

Apasport.az saytı xəbər verir ki, Ernan Krespo ilə yollarını ayıran Braziliya təmsiçisi bu posta Rojerio Senini gətirib.

“San-Paulo” rəhbərliyi sabiq qapıçısı ilə münasibətləri rəsmiləşdirib. 48 yaşlı mütəxəssis 2017-ci ildə də hazırkı komandaya qısa müddət rəhbərlik edib. Seninin müqavilə müddəti 2022-ci ilin dekabrına qədər nəzərdə tutulub.

Qeyd edək ki, “San-Paulo” Braziliya çempionatında 25 turdan sonra 13-cü pillədə qərarlaşır.