09:43 14-10-2021
news_image
175
FUTBOL

“Neftçi”dən “Olimpiakos”un Kaneni qaytarmaq istəyinə münasibət

“Olimpiakos” tərəfdən Kane ilə bağlı bizə hər hansı bir məlumat verilməyib”.

Bunu apasport.az saytına “Neftçi”nin mətbuat xidmətinin rəhbəri Rüstəm Allahverdiyev deyib.

Klub rəsmisi “Olimpiakos”un “Neftçi”yə birillik icarəyə verdiyi Mamadu Kaneni qışda qaytarmaq istəməsi ilə bağlı xəbərə münasibət bildirib. O, bunun üçün Yunanıstan təmsilçisindən rəsmi müraciətin vacibliyini vurğulayıb.

Allahverdiyev qvineyalı yarımmüdafiəçinin yanvarda Pirey təmsilçisinə qoşulmasında heç bir problem olmadığını da əlavə edib: “Kane “Olimpiakos”un futbolçusudur. Müqavilədə belə bir şərt var ki, “Olimpiakos” istədiyi vaxt onu geri qaytara bilər. Bu, yanvarda da ola bilər, mövsümün sonunda da. Onların Kaneyə ikinci dövrədə ehtiyacı olacaqsa, bununla bağlı bizə müraciət edəcək və onu “Olimpiakos”un düşərgəsinə göndərəcəyik”.

Qeyd edək ki, 24 yaşlı Mamadu Kane yay fasiləsində “Olimpiakos”la 4 illik müqavilə imzalayıb.