10:24 14-10-2021
news_image
177
FUTBOL

“Qarabağ”la oyunöncəsi “Kayrat”da problem – SƏBƏB

“Qarabağ”ın Konfrans Liqasının qrup mərhələsindəki rəqibi “Kayrat”ın düşərgəsində narazılıqlar yaranıb.

Apasport.az saytının Qazaxıstan mətbuatına istinadən məlumatına görə, baş məşqçisi Kurban Berdiyevlə futbolçular arasında anlaşılmazlıq baş verib.

Əsas problem çalışdırıcının müdafiə futboluna üstünlük verməsidir ki, bu da oyunçuların narazılığına səbəb olub. Komanda üzvləri təcrübəli mütəxəssisdən daha çox şey gözləyiblər. Baş verənlər isə baş məşqçi ilə oyunçular arasında soyuqluq yaradıb.

Qeyd edək ki, “Kayrat” Konfrans Liqasının III turu çərçivəsində oktyabrın 21-də “Qarabağ”ın qonağı olacaq.