10:38 14-10-2021
news_image
81
FUTBOL

“Real”ın müdafiəçisi “El Klasiko”nu buraxacaq

“Real”ın müdafiəçisi Eder Militao sıradan çıxıb.

Apasport.az saytının məlumatına görə, 23 yaşlı futbolçu Braziliya yığmasının heyətində zədələnib.

DÇ-2022-nin seçmə mərhələsində Kolumbiya (0:0) ilə qarşılaşmada sağ ayağından xəsarət alan Militaonun durumunun ciddi olduğu açıqlanıb. İlkin tibbi müayinədən sonra onun Çempionlar Liqasının qrup mərhələsində “Şaxtyor”la və La Liqa X turunda “Barselona” ilə qarşılaşmanı buraxacağı bildirilib. Lakin futbolçu daha bir dəfə müayinədən keçəcək.

Qeyd edək ki, oktyabrın 19-da Donetskdə “Şaxtyor”un qonağı olacaq “Real” ayın 24-də “El Klasiko”da “Barselona” ilə səfərdə üz-üzə gələcək.