12:21 14-10-2021
news_image
77
FUTBOL

Baş məşqçi: “Qızıl top”u Messiyə verərdim”

PSJ-nin baş məşqçisi Maurisio Poçettino “Qızıl top” mükafatına namizədini açıqlayıb.

Apasport.az saytının məlumatına görə, argentinalı mütəxəssis həmyerlisi və rəhbərliyi altında çıxış edən Lionel Messini üstün tutub.

O, hətta 2-3-cü yerlərə layiq bildiyi oyunçuların da adlarını söyləyib: “Qızıl top”u Messiyə verərdim. Məşqçisi olmasaydım da onu seçərdim. Robert Levandovski ikinci, Kriştiano Ronaldo isə üçüncü olmalı idi. Ronaldo böyük oyunçudur, hər il mükəmməl zehniyyət, futbola ehtiras və sevgi göstərir”.

Qeyd edək ki, Lionel Messi avqustda “Barselona”dan PSJ-yə keçib.