22:25 14-10-2021
news_image
82
FUTBOL

“Çelsi”nin müdafiəçilərindən az qol vuran Premyer Liqa klubları – SİYAHI

İngiltərə Premyer Liqasının ilk 7 turundan sonra turnir cədvəlinə liderlik edən “Çelsi” 15 qola imza atıb.

Apasport.az saytının məlumatına görə, bu toplardan 7-si “zadəganlar”ın müdafiəçilərinin aktivinə yazılıb.

Tiaqo Silva, Antonio Rudiger, Markos Alonso, Ben Kiluell və Riis Ceyms hərəyə bir dəfə fərqlənibsə, Trevo Çaloba 2 qol vurub.

Maraqlıdır ki, “Çelsi”nin təkcə müdafiəçiləri Premyer Liqada “Lids” və “Uotford”la eyni sayda qol vurub. London təmsilçisinin arxa xətt oyunçuları qol sayında hətta çempionatın 6 komandasını da qabaqlayır. Həmin klublar aşağıdakılardır:

“Tottenhem” – 6 qol
“Vulverhempton” – 5 qol
“Sauthempton” – 5 qol
“Bernli” – 5 qol
“Arsenal” – 5 qol
“Norviç” – 2 qol