11:43 14-10-2021
news_image
91
FUTBOL

Yığmamızın Monteneqro ilə oyununun hakimləri açıqlandı

Qadınlardan ibarət Azərbaycan milli komandasının dünya çempionatının seçmə mərhələsi çərçivəsində Monteneqro yığmasına qarşı keçirəcək oyununu idarə edəcək hakimlər müəyyənləşib. 

Apasport.az saytının məlumatına görə, Podqoritsada təşkil olunacaq qarşılaşmasını Bolqarıstandan olan hakimlər briqadası idarə edəcək. 

Görüşdə Kristina Georgieva əsas referi funksiyasını yerinə yetirəcək. Ona Ekaterina Marinova və Pavleta Rashkova köməklik edəcək. Matçın dördüncü hakimi isə Kristiyana Guteva olacaq. 

Qeyd edək ki, Monteneqro – Azərbaycan oyunu oktyabrın 21-də keçiriləcək.