15:45 14-10-2021
news_image
141
FUTBOL

Canni de Byazi: “Birlik olsa, vacib işlər görə bilərik”

“Romantiklərin sonuncularındanam, yeni həyat və futbol təcrübələri yaşamağı çox sevirəm”.

Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan millisinin baş məşqçisi Canni de Byazi ölkəsi İtaliya mətbuatına qısa açıqlamasında deyib.

65 yaşlı mütəxəssis Azərbaycan millisindəki fəaliyyətini də dəyərləndirib. O, hələ də uğurlu gələcəyə inandığını söyləyib: “Albaniya ilə etdiklərimi Azərbaycanla da təkrarlamağa çalışdım. Halbuki burada vəziyyət daha mürəkkəbdir. Düşünürəm ki, birlik olsa, həqiqətən də, vacib işlər görə bilərik”.

Qeyd edək ki, Canni de Byazinin AFFA ilə müqavilə müddəti DÇ-2022-nin seçmə mərhələsinin sonuna qədərdir. Yer aldığı qrupun 1 xalla autsayderi olan yığmamız son oyununu noyabrın 11-də Lüksemburqa qarşı keçirəcək.