16:10 14-10-2021
news_image
131
FUTBOL

AFFA “Sumqayıt”a texniki məğlubiyyət verdi, hakimi söyənləri cəzalandırdı

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Apasport.az saytının məlumatına görə, komitə aşağı yaş qrupu üzrə çempionatlarda, eləcə də futzal matçlarında baş vermiş neqativ halları müzakirə edib.

Gənclər Liqasının “Qarabağ” – “Sumqayıt” oyununda ikincilər limiti pozduğu üçün texniki məğlubiyyət (0:3) alıb.

U-17 Liqasının “Neftçi” PFK – “Neftçi” İK İB matçında qonaq komandanın baş məşqçisi Ramin Babayev, “Kəpəz” – “Qəbələ” qarşılaşmasında isə gəncəlilərin futbolçusu Nihad Qəribov hakimi təhqir etdiyinə diskvalifikasiyaya məruz qalıb. Babayev 5, Qəribov isə 4 matçı buraxmalı olacaq.

Eyni hal futzal üzrə ikinci liqada da yaşanıb. “Hövsan”la görüş bitdikdən sonra hakimləri təhqir edən “Zülfüqar”ın oyunçusu Vüsal Məmmədov 4 oyunda iştirak etməyəcək. Oyun yarımçıq dayandırıldığı üçün “Zülfüqar”a 0:5 hesablı məğlubiyyət verilib.