16:44 14-10-2021
news_image
120
FUTBOL

Zlatko Daliç Serbiya - Azərbaycan matçını fərqləndirdi

“Serbiya yığması öz qrupunun son turunda Portuqaliyanı Lissabonda məğlub edə bilər. Bu, mümkünsüz deyil”.

Apasport.az saytının məlumatına görə, bunu Xorvatiya millisinin baş məşqçisi Zlatko Daliç deyib.

Komandasının DÇ-2022-nin seçmə mərhələsində ikinci yeri tutaraq pley-offa qatılmaq şanslarını dəyərləndirən 55 yaşlı çalışdırıcı həmin görüşdə serblərlə üz-üzə gəlməyi arzulamadığını etiraf edib: “Serbiyanın möhtəşəm klublarda oynayan əla oyunçuları var. Onların Azərbaycanla oyununu izlədim, necə çıxış etdiklərini gördüm. Azərbaycana qarşı oyunlarını bəyəndim. Rəqibi hərtərəfli üstələyirlər. Bu səbəbdən pley-offa yollansaq, serblərlə qarşılaşmaq istəmərəm”.

Qeyd edək ki, seçmə mərhələnin H qrupunda yer alan Xorvatiya yığması sona 2 tur qalmış ikinci pillədə qərarlaşır. Azərbaycanla eyni qrupda yer alan serblər isə axırıncı turda Portuqaliyaya qalib gələ bilməsə, ikinci yerlə pley-offa yollanacaq.