17:17 14-10-2021
news_image
128
FUTBOL

Ronaldonun “Qızıl top”a namizədi

“Qızıl top”a namizədlərin müzakirəsinə əfsanəvi braziliyalı futbolçu Ronaldo da qoşulub.

Apasport.az saytının məlumatına görə, “Valyadolid” klubunun sahibi bu mükafata “Real”ın hücumçusu Kərim Benzemanı layiq bilib.

Vaxtilə “kral klubu”nun formasını geyinmiş “yekədiş” fransalı forvardı digərlərindən fərqləndirib: “Qızıl top”a namizədim əlbəttə ki, Benzemadır. O, 10 ildir inanılmaz səviyyədə oynayan ən yaxşı hücumçudur. Benzema əsl çempiondur”.

Qeyd edək ki, “France Football”ın dərc etdiyi 30 nəfərlik namizəd arasında Kərim Benzema da var.