23:23 14-10-2021
news_image
93
FUTBOL

100-ə ən qısa müddətdə çatan “Liverpul” futbolçuları

İngiltərənin “Liverpul” klubunun heyətində Premyer Liqada ən qısa müddətdə 100 qol səddinə çatan futbolçuların siyahısı açıqlanıb.

Apasport.az saytının məlumatına görə, cədvələ hazırda “qırmızılar”ın hücum xəttinin lideri olan Məhəmməd Salah başçılıq edir.

Misirli forvard üçün “100-lər klubu”na düşmək üçün 151 görüş kifayət edib. Onu 244 topla “Liverpul” tarixinin ölkə çempionatındakı ən məhsuldar oyunçusu Roje Hunt izləyir. Sabiq futbolçu 152 matçda 100 dəfə fərqlənib.

Karyerasının 11 ilini “mersisaydlılar”a həsr edən Qordon Hodson 167 görüşdə bu uğura imza atmaqla, ilk “üçlüy”ü qapayır. Klubun əfsanəsi Yan Raş buna 168 qarşılaşmada nail olub. 15 il “Liverpul”un şərəfini qoruyan Raş ümumilikdə 346 qolla “Liverpul” tarixinin bombardiridir.

100 qola çatmaq üçün 173 oyunda meydana çıxan Cek Parkinson 5-ci yerdə qərarlaşır. “Liverpul” akademiyasında yetişən Robbi Fouler isə bu rəqəmə çatmaq üçün 175 Premyer Liqa matçına çıxmalı olub. İngiltərəli sabiq forvard bu klubda ümumilikdə 183 dəfə rəqib qapılarına yol tapıb.