18:00 14-10-2021
news_image
153
FUTBOL

Yetirməsi “Barselona”dan ayrılacaq

“Barselona” yarımmüdafiəçisi Serxi Roberto ilə növbəti dəfə ortaq məxrəcə gələ bilməyib.

Apasport.az saytının məlumatına görə, 29 yaşlı futbolçu rəhbərliyin yeni müqavilə ilə bağlı daha bir təklifini rədd edib.

Klubun maaş təklifi ilə razılaşmayan İspaniya millisinin üzvü ilə danışıqlar bir nəticə verməyib. Roberto mövsümün sonunda komandasını dəyişmək qərarına gəlib. Həmçinin rəhbərlik də onunla başqa danışığa getməyəcək.

Qeyd edək ki, “Barselona”nın yetirməsi olan Serxo Roberto cari mövsüm 6 oyunda 2 qol vurub, 1 məhsuldar ötürmə verib.