09:17 15-10-2021
news_image
203
FUTBOL

Otel pulu ödənilmədi, yığma gecəni küçədə keçirdi

Afrika futbolunda qeyri-adi hadisə baş verib.

Apasport.az saytının məlumatına görə, 20 yaşadək qadın futbolçulardan ibarət Konqo DR yığması küçədə qalıb.

Komanda Kameruna səfərə yollanıb. Lakin futbol federasiyası otel pulunu ödəmədiyi üçün futbolçular gecəni Yaunde küçələrində keçirməli olub.

Qeyd edək ki, daha əvvəl argentinalı bir futbolçu gecəni Yunanıstan küçələrində keçirib.