10:53 15-10-2021
news_image
241
FUTBOL

Baş məşqçi Emin Mahmudovun durumuna aydınlıq gətirdi

“Neftçi”nin kapitanı Emin Mahmudov hələ də kollektiv məşqlərdə iştirak etmir.

Bu barədə apasport.az saytına paytaxt klubunun baş məşqçisi Samir Abasov məlumat verib.

DÇ-2022-nin seçmə mərhələsində Azərbaycan millisinin Serbiya ilə səfər matçında (1:3) ayağında ağrılar hiss edən yarımmüdafiəçinin durumu qeyri-müəyyəndir. Çalışdırıcı onda yorğunluq olduğunu da gizlətməyib: “Emin Mahmudov yığmadan gələndən bəri bizimlə məşqlərdə iştirak etməyib. Srağagün gecə ölkəyə qayıdıblar, dünən isə həkim müayinəsindən keçdi. Bir az bərpaya ehtiyacı var. Eminlə hətta danışmağa da vaxtımız olmamışdı. Təbii ki, Emində yorğunluq olduğu aşkar hiss olunurdu. Serbiya ilə matçda da mikro-zədəsi var idi”.

43 yaşlı mütəxəssis Qvineya yığmasının düşərgəsindən qayıdan yarımmüdafiəçi Mamadu Kane ilə bağlı da narahatlıq keçirdiklərini söyləyib: “Kane artıq bizə qoşulub. Uzun yol qət edib, millisinin heyətində oyun keçirib. Komandasının düşərgəsindən heç də yaxşı psixoloji durumda gəlməyib. Çünki onun da yığması bizim milli kimi uduzub”.