12:56 15-10-2021
news_image
253
FUTBOL

Premyer Liqamızda 7 klubda təhlükə - “Sabah” kənarda

Azərbaycan Premyer Liqasında 8 futbolçu cəzalanmaq təhlükəsi ilə üz-üzədir.

Apasport.az saytının məlumatına görə, ilk 6 turda üç sarı vərəqə alan bu oyunçular I dövrənin son matçında xəbərdarlıq limitinə “ilişə” bilər.

Həmin oyunçular 7 müxtəlif klubu təmsil edir. Bunlar Felipe Santos (“Keşlə”), Mamadu Kane (“Neftçi”), Filip Ozobiç (“Qarabağ”), Məqsəd İsayev, Stefan Vukçeviç (hər ikisi “Qəbələ”), Yurgen Qoxa (“Səbail”), Höccət Haqverdi (“Sumqayıt”), Georgi Stoilovdur (“Zirə”).

Yalnız “Sabah” limitin astanasında olanlar sırasında təmsil edilmir. Bu da başadüşüləndir. Çünki paytaxt klubunun müdafiəçisi Amin Seydiyev 4 sarı vərəqə ilə limiti aşan ilk futbolçu olub. O, qarşıdakı VII turu buraxacaq.

Qeyd edək ki, Premyer Liqada VII turun matçları oktyabrın 16-17-də keçiriləcək.