12:13 17-10-2021
news_image
165
FUTBOL

“Böyük beşlik”dən kənar ən dəyərli 10 klub - SİYAHI

Dünyanın ən dəyərli klubları sıralamasında ilk “10-luq”da “böyük beşlik” ölkələrinin təmsilçiləri qərarlaşır.

Apasport.az saytının məlumatına görə, bu dəfə həmin liqalarda iştirak etməyən komandalar arasında heyətinə görə ən bahalı klublar sıralanıb.

Maraqlıdır ki, burada da ilk “10-luğ”a nəzər yetirdikdə, 9 komandanın Avropa təmsilçisi olduğu görünür. Yalnız bir klub – “Flamenqo” “köhnə dünya” nümayəndəsi deyil.

1. “Ayaks”
Çempionat: Niderland Erediviziyası
Dəyəri: 343,2 milyon avro

2. “Benfika”
Çempionat: Portuqaliya Liqa “Bwin”
Dəyəri: 285,5 milyon

3. “Porto”
Çempionat: Portuqaliya Liqa “Bwin”
Dəyəri: 265 milyon

4. “Sportinq”
Çempionat: Portuqaliya Liqa “Bwin”
Dəyəri: 198,2 milyon

5. “Şaxtyor” (Donetsk)
Çempionat: Ukrayna Premyer Liqası
Dəyəri: 184 milyon

6. “Zenit”
Çempionat: Rusiya Premyer Liqası
Dəyəri: 173,7 milyon

7. PSV Eindhoven
Çempionat: Niderland Erediviziyası
Dəyəri: 158,05 milyon

8. “Zalsburq”
Çempionat: Avstriya Bundesliqası
Dəyəri: 152,4 milyon

9. “Brügge”
Çempionat: Belçika Yupiler Pro Liqa
Dəyəri: 150,4 milyon

10. “Flamenqo”
Çempionat: Braziliya A seriyası
Dəyəri: 147,75 milyon