14:00 15-10-2021
news_image
108
FUTBOL

“Mançester Siti” hücumçusunu itirdi

“Mançester Siti” hücumçu Ferran Torresin xidmətindən məhrum qalıb.

Apasport.az xəbər verir ki, bu barədə “şəhərlilər” rəsmi saytı vasitəsilə məlumat yayıb.

Bildirilib ki, gənc futbolçu İspaniya millisinin heyətində Millətlər Liqasının yarımfinalında İtaliya, finalında isə Fransa ilə qarşılaşmada topuğundan xəsarət alıb. Müxtəlif tibbi müayinələrdən keçən 21 yaşlı oyunçunun yaşıl meydanlara nə vaxt qayıdacağı bəlli deyil.

Qeyd edək ki, Ferran Torres cari mövsüm Premyer Liqanın 4 oyununda 2 qol vurub, 1 məhsuldar ötürmə verib.