14:37 15-10-2021
news_image
151
FUTBOL

“Barselona”da növbəti 1 milyardlıq müqavilə hazırlığı

“Barselona” daha bir futbolçusu ilə yeni müqavilə imzalayacaq.

Apasport.az saytının məlumatına görə, hücumçu Ansu Fati uzun müddət Kataloniya klubundakı çıxışını davam etdirəcək.

Yenicə yarımmüdafiəçi Pedri ilə uzunmüddətli sazişə qol çəkən La Liqa təmsilçisi akademiyanın digər yetirməsi olan Fati ilə də danışığın son mərhələsindədir. Yaxın müddətdə 19 yaşlı forvardla rəsmi sözləşmə imzalanacaq.

Pedri kimi, onun da müqaviləsinə 1 milyard avroluq təzminat maddəsi əlavə olunacaq.