22:09 15-10-2021
news_image
190
FUTBOL

Klopp: “Onlar dünya futboluna dominantlıq edəcək”

“Liverpul”un baş məşqçisi Yurgen Klopp “Nyukasl”ın sahibinin dəyişməsinə münasibət bildirib.

Apasport.az saytının məlumatına görə, almaniyalı mütəxəssis Premyer Liqa təmsilçisinin tezliklə böyüyəcəyini düşünür.

Kloppun fikrincə, “Nyukasl” maliyyə dəstəyi sayəsində nəhəng kluba çevriləcək: “Nyukasl” uzunmüddətli supergücə çevriləcək. Bildiyim qədərilə dünya futbolunda bir ölkəyə məxsus üçüncü klubdur. Bu da qarşılarında böyük imkanlar açır. Növbəti 20-30 ildə “Nyukasl” dünya futboluna dominantlıq edəcək. Puldan sui-istifadə edilə bilər, amma futbolda bacarıqlı insanlar var və “Nyukasl” da onları tapacaq”.

Qeyd edək ki, “Nyukasl” bu yaxınlarda Səudiyyə Ərəbistanının investisiya fonduna satılıb.