15:11 15-10-2021
news_image
195
FUTBOL

“Qarabağ”la oyunöncəsi bəyanat

“Qarabağ”ın Konfrans Liqasının qrup mərhələsindəki rəqibi “Kayrat” bəyanat yayıb.

Apasport.az saytının məlumatına görə, Qazaxıstan təmsilçisi baş məşqçi Kurban Berdiyevlə futbolçular arasında qalmaqal yaşanması ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib.

Bildirilir ki, mediada yazıldığı kimi, çalışdırıcının taktiki seçimləri ilə bağlı futbolçuların rəhbərliyə hər hansı bir müraciəti və ya şikayəti yoxdur: “Həm futbolçular, həm də rəhbərlik Kurban Berdiyevə dəstəyini davam etdirir. Komanda qarşıdakı vacib oyunlara hazırlaşır. Kollektiv ilk olaraq sabah “Aktobe” ilə də keçiriləcək matça köklənib”. 

Qeyd edək ki, Konfrans Liqasının III turu çərçivəsində “Qarabağ” – “Kayrat” oyunu oktyabrın 21-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.