14:44 17-10-2021
news_image
138
FUTBOL

Futbolçuları ən çox “Qızıl top” qazanan klublar

2021-ci ildə “Qızıl top”u qazanmağa namizədlərlə bağlı müzakirələr davam edir.

Apasport.az saytının məlumatına görə, açıqlanan 30 namizəddən biri titula yiyələnəcək.

Fransanın “France Football” nəşri tərəfindən 1956-cı ildən etibarən hər il təşkil edilən sorğuda indiyə qədər 19 klubun futbolçuları bu mükafatı qazanıb. Onlardan isə yalnız 9-nun oyunçusu 2 və daha çox “Qızıl top” tituluna layiq görülüb.

Futbolçuları ən ali fərdi mükafata layiq görülən klubların sıralamasında ilk “9-luğ”u təqdim edirik.

1. “Barselona” – 12 dəfə
Mükafatı qazanan futbolçular: Luis Suares, Yohan Kroyff (2 dəfə), Xristo Stoyçkov, Rivaldo, Ronaldinyo, Lionel Messi (6)

2. “Real” – 11
Alfredo di Stefano (2), Raymon Kopa, Luiş Fiqu, Ronaldo, Fabio Kannavaro, Kriştiano Ronaldo (4), Luka Modriç

3-4. “Yuventus” – 8
Omar Sivori, Paolo Rossi, Mişel Platini (3), Roberto Bacco, Zinəddin Zidan, Pavel Nedved

“Milan” – 8
Canni Rivera, Rud Qullit, Marko van Basten (3), Corc Vea, Andrey Şevçenko, Kaka

5. “Bavariya” – 5
Gerd Müller, Frans Bekkenbauer (2), Karl-Haynz Rummenigge (2)

6. “Mançester Yunayted” – 4
Denis Lau, Bobbi Çarlton, Corc Best, Kriştiano Ronaldo

7-9. “Dinamo”, Kiev - 2
Oleq Bloxin, İqor Belanov

“İnter” – 2
Lotar Matteus, Ronaldo

“Hamburq” – 2
Kevin Kiqan (2)