16:18 15-10-2021
news_image
254
FUTBOL

“Qızıl oğlan” mükafatına namizədlər – 20 futbolçu

“Qızıl oğlan” mükafatına namizədlərin sayı 20-yə endirilib.

Apasport.az saytının məlumatına görə, 2003-cü ildən bu fərdi titulu təsis edən İtaliyanın “Tuttosport” nəşri 2021-ci ilin ən yaxşısı adına 40 iddiaçıdan 20-ni siyahıdan çıxarıb.

Son 20 namizəd arasında yalnız 4 klub – “Barselona”, “Real”, Dormund “Borussiya”sı və “Ayaks” 2 oyunçu ilə təmsil olunur. Nəşr 21 yaşı tamam olmayan futbolçular arasında 2021-ci ildə ən yaxşı performans ortaya qoyan oyunçunu seçməyə çalışır.

“Qızıl oğlan” mükafatına 20 namizəd: Qavi, Pedri (hər ikisi “Barselona”), Eduardo Kamavinqa, Rodriqo (hər ikisi “Real”), Cüd Bellinqem, Gio Reyna (hər ikisi “Borussiya”, Dortmund), Rayan Qravenberx, Jurrien Timber (hər ikisi “Ayaks”), Kərim Adeyemi (“Zalsburq”), Çarles de Ketelaere (“Brügge”), Brayan Gil (“Tottenhem”), Meyson Qrinvud (“Mançester Yunayted”), Daniel Maldini (“Milan”), Camal Musiala (“Bavariya”), Nuno Mendeş (PSJ), Roberto Pikkoli (“Atalanta”), Bukayo Saka (“Arsenal”), Villiam Saliba (“Marsel”), Florian Virts (“Bayer”), Yeremi Pino (“Vilyarreal”).

Qeyd edək ki, ötən il bu mükafata Dortmund “Borussiya”sının hücumçusu Erlinq Haland layiq görülüb.