17:17 15-10-2021
news_image
189
FUTBOL

Millilərində ən çox het-trik edən futbolçular - ADLAR

Futbol tarixində milli komandaların heyətində ən çox het-trik edən futbolçuların adları açıqlanıb.

Apasport.az saytının məlumatına görə, 6 nəfərin olduğu siyahıya Kriştiano Ronaldo başçılıq edir.

DÇ-2022-nin seçmə mərhələsində Lüksemburqla son qarşılaşmada 3 qol vuran portuqaliyalı superulduz yığmasının heyətində 10-cu dəfə het-trikə imza atıb. Bununla 36 yaşlı superulduz liderliyini bir qədər də möhkəmlədib.

Onu iranlı Əli Dai və almaniyalı Gerd Müller izləyir.

1. Kriştiano Ronaldo (Portuqaliya): 10 het-trik
Şimali İrlandiya, İsveç, Ermənistan, Andorra, Farer adaları (2 dəfə), İspaniya, İsveçrə, Litva, Lüksemburq

2-3. Əli Dai (İran): 8 het-trik
Fərqləndiyi komandalar: Nepal, Şri-Lanka, Cənubi Koreya, Özbəkistan, Maldiv adaları, Quam, Livan, Laos

Gerd Müller (Qərbi Almaniya): 8 het-trik
Fərqləndiyi komandalar: Albaniya, Kipr, Bolqarıstan, Peru, Norveç, Meksika, SSRİ, İsveçrə

4-5. Lionel Messi (Argentina): 7 het-trik
Fərqləndiyi komandalar: İsveçrə, Braziliya, Qvatemala, Panama, Ekvador, Haiti, Boliviya

Pele (Braziliya): 7 het-trik
Fərqləndiyi komandalar: Fransa (2), Paraqvay, Çili, Misir, Argentina, Belçika

6. Robert Levandovski (Polşa): 6 het-trik
Fərqləndiyi komandalar: Cəbəllütariq, Gürcüstan, Danimarka, Rumıniya, Ermənistan, Latviya