16:48 17-10-2021
news_image
169
FUTBOL

“Çelsi”də oynadığı unudulan 10 futbolçu

Roman Abramoviçin klubun səhmlərini aldıqdan sonra transfer bazarının ən fəal klubuna çevrilən “Çelsi” illərdir saysız-hesabsız oyunçuları heyətinə qatıb.

Apasport.az saytının məlumatına görə, “zadəganlar” o qədər futbolçu alıb ki, hətta bəzilərini transfer edər-etməz icarəyə verib.

Bu səbəbdən bir çox istedadlı oyunçu məhz London klubuna üz tutduqdan sonra yoxa çıxıb. Bu yazıda da “Çelsi”yə transfer olunduğu çoxlarının yadından çıxan 10 oyunçunu təqdim edəcəyik.

Miroslav Stox – 5 oyun
2006-cı ildə akademiyadan yüksəlib

Fabio Borini – 8 oyun
2007-ci ildə “Bolonya”dan 350 min avroya keçib

Patrik van Anholt – 2 oyun
2007-ci ildə PSV-dən 300 min avroya

Klaudio Pizarro – 32 oyun, 2 qol
2007-ci ildə “Bavariya”dan havayı

Franko di Santo – 16 oyun
2008-ci ildə “Audaks”dan 4,5 milyon avroya

Gökhan Töre - oynamayıb
2009-cu ildə “Bayer”dən pulsuz

Rikardo Kuarejma – 5 oyun
2009-cu ildə “İnter”dən icarəyə götürülüb

Patrik Bamford – oynamayıb
2012-ci ildə “Nottingem Forest”dən 1,2 milyon avroya

Papy Ciloboci – 1 oyun
2015-ci ildə “Nant”dan 3,5 milyon avroya

Aleşandre Pato – 2 oyun
2016-cı ildə “Milan”dan icarəyə