22:18 15-10-2021
news_image
285
DİGƏR NÖVLƏR

Azərbaycan Qran-Prisinin tarixi açıqlandı – “Formula-1”də

“Formula-1”də 2022-ci il mövsümünün təqvimi açıqlanıb.

Apasport.az saytının məlumatına görə, Azərbaycan Qran-Prisinin də tarixi bəlli olub.

Bakıdakı yarışın iyunun 10-12-də təşkil olunması qərara alınıb.

Gələn il martın 18-də Bəhreyndə startı veriləcək mövsümdə 23 mərhələ keçiriləcək. Son yarışa noyabrın 18-20-də Abu-Dabi ev sahibliyi edəcək.