10:17 16-10-2021
news_image
129
FUTBOL

“Qarabağ”la oyunöncəsi 8 aylıq həsrət bitdi

“Qarabağ”ın Konfrans Liqasının qrup mərhələsindəki rəqibi “Kayrat”ın futbolçusu Yatsek Quralski sıraya dönüb.

Apasport.az saytının yerli mətbuata istinadən məlumatına görə, uzun müddətdir zədədən əziyyət çəkən 29 yaşlı yarımmüdafiəçi tam sağalıb.

Bu ilin fevralında diz çarpaz bağları qopan Polşa millisinin üzvü 8 aydan sonra komanda ilə birlikdə məşqlərə başlayıb. Almatı təmsilçisi tezliklə onun matçlarda iştirak edə biləcəyini açıqlayıb. Futbolçu avrokuboklar üçün sifariş olunduğundan, “Qarabağ”la görüşdə meydana çıxa bilər.

Qeyd edək ki, “Kayrat” Konfrans Liqasının növbəti turunda oktyabrın 21-də “Qarabağ”ın qonağı olacaq.