10:38 16-10-2021
news_image
183
FUTBOL

Demba Ba jurnalistlərdən gizlənmək üçün yük yerində gizləndi

“Çelsi”nin sabiq futbolçusu Demba Ba futbolçu karyerası vaxtı başına gələn maraqlı bir hadisəni açıqlayıb.

Apasport.az saytının məlumatına görə, seneqallı keçmiş hücumçu 2011-ci ildə “Hoffenhaym”dan “Vest Hem”ə transfer olunduğu zaman klubun bazasına avtomobilin yük yerində yollandığını bildirib.

36 yaşlı mütəxəssis London klubunun tələbinə görə bu addıma əl atdığını deyib: “Klub keçid barədə jurnalistlərin bilmələrini istəmədi. Mən də onlarla razılaşdım. Bazaya gedərkən avtomobili dostum idarə etdi, özüm isə yük yerinə girdim. Yolboyu başım hər tərəfə dəyirdi”.

Qeyd edək ki, 2013/14 mövsümündə “Çelsi”nin formasını geyinən Demba Ba Avropa Liqasının qalibi olub.