10:59 16-10-2021
news_image
113
FUTBOL

Dani Alveşdən “Barselona”ya təklif

Dani Alveş yenidən “Barselona”da çıxış edə bilər.

Apasport.az saytının məlumatına görə, 38 yaşlı sağ cinah müdafiəçisi öz xidmətini Kataloniya klubuna təklif edib.

Klub rəhbərliyi ilə əlaqə saxlayan Braziliya millisinin üzvü yanvarın 1-dən sevimli komandasına qayıtmağa hazır olduğunu bildirib. Hətta o, minimum əməkhaqqına da razı olduğunu vurğulayıb. La Liqa təmsilçisi isə bununla bağlı qərarını vermək üçün vaxt istəyib. Alveş özü “Barsa”ya qayıtmağı arzuladığından, digər təklifləri hələlik nəzərdən keçirmək fikrində deyilik.

Qeyd edək ki, ötən ay “San-Paulo”dan ayrılan Dani Alveş 2008-2016-cı illərdə “Barselona”nın formasını geyinib.