11:14 16-10-2021
news_image
435
FUTBOL

Mahir Emrelinin transfer qiyməti artdı - MƏBLƏĞ

Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin transfer dəyəri artıb.

Apasport.az saytı xəbər verir ki, bu barədə “Transfermarkt” məlumat yayıb.

Bildirilib ki, mövsümün əvvəllərində transfer qiyməti 1 milyon avro olan 24 yaşlı forvardın “Legiya”dakı parlaq çıxışı onun bazar dəyərinə də müsbət təsir göstərib. Hazırda Emreli 2 milyon avroya bərabər göstərilir.

Bununla o, Polşa Ekstraklasasının ən dəyərli futbolçuları sıralamasında ilk “10-luğ”a girib. Mahir komanda yoldaşı Bartoş Slişlə 9-10-cu yerləri bölüşürsə, liqanın ən bahalı oyunçusu Kaçper Kozlovskidir. “Poqon”un yarımmüdafiəçisinin qiyməti 8 milyon avrodur.

Qeyd edək ki, Mahir Emreli yayda “Qarabağ”dan “Legiya”ya keçib.