11:59 16-10-2021
news_image
117
FUTBOL

“Arsenal”ın Premyer Liqada tapıntısı

“Arsenal” “Everton”un hücumçusu Dominik Kelvert-Lyuinlə maraqlanır.

Apasport.az saytının məlumatına görə, 24 yaşlı forvard London təmsilçisinin yay “transfer pəncərəsi”nin əsas prioriteti olacaq.

Məsələ burasındadır ki, Aleksandr Lyakazett mövsümün sonunda azad agent kimi paytaxt təmsilçisini tərk edəcək. Hücum xəttində yaranacaq boşluq üçün indidən axtarışa keçən rəhbərlik istədiyini elə Premyer Liqada tapıb. “Topçular” mövsümün sonunda Dominiki heyətinə qatmağa çalışacaq.

Qeyd edək ki, Dominik Kelvert-Lyuin cari mövsüm Premyer Liqada keçirdiyi 3 oyunda 3 qol vurub.