12:33 16-10-2021
news_image
161
FUTBOL

“Qızıl top”u kim qazanacaq? - PROQNOZ

“Qızıl top” mükafatına namizədlərin şansları dəyərləndirilib.

Apasport.az saytının məlumatına görə, Britaniya mətbuatı iddiaçılar arasında müxtəlif komponentlərə əsasən seçilən 15 oyunçunu sıralayıb.

Araşdırmaya görə, “Qızıl top” 2021-ci ildə “Bavariya”nın polşalı hücumçusu Robert Levandovskiyə qismət olmalıdır. İlk “üçlüy”ün digər sakinlərinin müvafiq olaraq PSJ-nin argentinalı hücumçusu Lionel Messi və “Çelsi”nin italiyalı yarımmüdafiəçisi Jorjinyonun olması proqnozlaşdırılır.

“Qızıl top”a layiq ilk “15-lik”:
1. Robert Levandovski (“Bavariya”)
2. Lionel Messi (“Barselona”, PSJ)
3. Jorjinyo (“Çelsi”)
4. Kevin De Bruyne (“Mançester Siti”)
5. Nqolo Kante (“Çelsi”)
6. Kərim Benzema (“Real”)
7. Kriştiano Ronaldo (“Yuventus”, “Mançester Yunayted”)
8. Harri Keyn (“Tottenhem”)
9. Romelu Lukaku (“İnter”, “Çelsi”)
10. Canluici Donnarumma (“Milan”, PSJ)
11. Erlinq Haland (“Borussiya”, Dortmund)
12. Kilian Mbappe (PSJ)
13. Bruno Fernandeş (“Mançester Yunayted”)
14. Luis Suares (“Atletiko”)
15. Məhəmməd Salah (“Liverpul”)