13:24 16-10-2021
news_image
132
FUTBOL

Dünyanın ən yaxşı qapıçıları - SİYAHI

Dünyanın ən yaxşı qapıçılarının adları açıqlanıb.

Apasport.az saytının məlumatına görə, 25 qolkiperin yer aldığı siyahıda müxtəlif dəyişikliklər olub.

“Atletiko”nun qapıçısı Yan Oblak birinci pilləyə yüksələrək, hazırda çərçivədə dünyanın ən yaxşısı hesab edilir. “Liverpul”lu Alisson Bekker ikinci pillədə qərarlaşıbsa, onun “Mançester Siti”dəki həmyerlisi Ederson ilk “üçlüy”ü qapayır.

“Bavariya”nın kapitanı Manuel Noyer isə dördüncü yerə düşüb.

Ən yaxşı 25 qapıçı:
1. Yan Oblak (“Atletiko”)
2. Alisson Bekker (“Liverpul”)
3. Ederson (“Mançester Siti”)
4. Manuel Noyer (“Bavariya”)
5. Tibo Kurtua (“Real”)
6. Mark-Andre ter Ştegen (“Barselona”)
7. Keylor Navas (PSJ)
8. Canluici Donnarumma (PSJ)
9. Samir Handanoviç (“İnter”)
10. David de Xea (“Mançester Yunayted”)
11. Uqo Lyoris (“Tottenhem”)
12. Kasper Şmeyxel (“Lester”)
13. Eduard Mendi (“Çelsi”)
14. Voyçex Şesnı (“Yuventus”)
15. Yann Zommer (“Borussiya”, Mönhenqladbax)
16. Peter Qulaşi (“Leypsiq”)
17. Mayk Mayqnan (“Milan”)
18. Emiliano Martines (“Aston Villa”)
19. Rui Patrisio (“Roma”)
20. Lukas Qradeçki (“Bayer”)
21. Unay Simon (“Atletik”)
22. Bernd Leno (“Arsenal”)
23. Yassin Bunu (“Sevilya”)
24. Din Henderson (“Mançester Yunayted”)
25. Aleks Remiro (“Real Sosyedad”)