13:44 16-10-2021
news_image
109
FUTBOL

Dünyanın ən dəyərli futbolçusu dəyişdi – “10-luq”

Dünyanın ən dəyərli futbolçularının siyahısı açıqlanıb.

Apasport.az saytının məlumatına görə, transfer qiyməti ən yüksək olan oyunçuların sıralamasında yenilənmə olub.

Lionel Messi və Kriştiano Ronaldo kimi superulduzların düşmədiyi ilk “10-luğ”a Dortmund “Borussiya”sının hücumçusu Erlinq Haland başçılıq edir. Norveçli forvard 144,2 milyon avroluq qiymətlə birinci pilləyə yüksəlib.

PSJ-nin qolçusu Kilian Mbappenin qiymətində azalma müşahidə olunub. Bu, fransalının ikinci yerə düşməsinə səbəb olub.

1. Erlinq Haland (“Borussiya”, Dortmund) – 144,2 milyon avro
2. Kilian Mbappe (PSJ) - 139,5 milyon
3. Harri Keyn (“Tottenhem”) - 121,2 milyon
4. Bruno Fernandeş (“Mançester Yunayted”) - 118,9 milyon
5. Romelu Lukaku (“Çelsi”) - 115,6 milyon
6. Neymar (PSJ) - 115,5 milyon
7. Frenki de Yonq (“Barselona”) - 114,3 milyon
8. Kevin De Bruyne (“Mançester Siti”) - 112,5 milyon
9. Markus Reşford (“Mançester Yunayted”) - 110,9 milyon
10. Ceydon Sanço (“Mançester Yunayted” - 110,5 milyon