14:22 16-10-2021
news_image
148
FUTBOL

“Nyukasl”ın yeni sahibi baş məşqçini seçdi

“Nyukasl”ın yeni sahibi baş məşqçi postunda dəyişikliyə hazırlaşır.

Apasport.az saytının məlumatına görə, rəhbərlik hazırkı çalışdırıcı Stiv Bryusdan məmnun deyil.

Mövsümün sonunda heyətinə ulduz futbolçular qatmağı planlaşdıran “sağsağanlar” onları idarə edə biləcək mütəxəssis gətirməyi planlaşdırır. Premyer Liqa təmsilçisinin bu posta ilk namizədi isə hazırda “Roma”nın “sükanı arxası”nda olan Joze Mourinyodur. Portuqaliyalı mütəxəssisə istədiyi maaş və arzuladığı oyunçuların transfer edilməsi sözü veriləcək.

Qeyd edək ki, “Nyukasl”ın yeni sahibi Səudiyyə Ərəbistanının dövlət fondudur.