14:41 16-10-2021
news_image
106
FUTBOL

Vlahoviçin "Fiorentina"dan ayrılacağı dəqiqləşdi

"Fiorentina"nın hücumçusu Duşan Vlahoviç mövsümün sonunda komandadan ayrılacaq.

Apasport.az saytının məlumatına görə, bunu 21 yaşlı forvardın meneceri Dario Ristiç deyib.

Agent bildirib ki, Serbiya millisinin üzvü klubla yeni müqavilə imzalamayacaq: "Yayda "Fiorentina"nın bonuslarla birlikdə 60 milyon avroluq təklifi var idi. Başqa bir klubla anlaşmamız olmuşdu, amma prezident Kommiso bizi dinləmək istəmirdi. Vlahoviçlə müqaviləni yeniləmək üçün hər şeyi edəcəyini söylədi. Ancaq biz bunu istəmirik. Bu üzdən rəhbərliyin heç bir təklifini dinləməyəcəyik".

Qeyd edək ki, illik məvacibi 800 min avro olan Duşan Vlahoviçin müqavilə müddəti 2023-cü ilin yayına qədərdir.