16:19 16-10-2021
news_image
85
FUTBOL

Mane 3-cü pilləyə yüksəldi

İngiltərə Premyer Liqasının VIII turunda “Uotford”la keçirilən səfər oyunu “Liverpul”un hücumçusu Sadio Mane üçün əlamətdar olub.

Apasport.az saytının məlumatına görə, 9-cu dəqiqədə hesabı açan 29 yaşlı forvard Premyer Liqada vurduğu qolların sayını 100-ə çatdırıb.

Seneqal millisinin üzvü bu topların heç birini penaltidən vurmayıb. O, 100 qol səddini keçənlər arasında penalti nöqtəsinə yaxınlaşmayan 3-cü futbolçu olub. Mane bu yaxımdan yalnız Les Ferdinand və Emil Heskidən geri qalır.

Ferdinand karyerası ərzində 149, Heski isə 110 qola imza atıb ki, onların heç biri penaltidən olmayıb.