22:22 16-10-2021
news_image
123
FUTBOL

Levandovskinin meneceri “Mançester Siti” variantını təsdiqlədi

“Bavariya”nın hücumçusu Robert Levandovskinin daha bir kluba keçmək variantı yaranıb.

Apasport.az saytının məlumatına görə, bunu 33 yaşlı forvardın meneceri Pini Zahavi açıqlayıb.

O bildirib ki, Polşa millisinin üzvü ilə maraqlanan yeganə klub “Real” deyil. Menecerin sözlərinə görə, Levandovski mövsümün sonunda “Mançester Siti”nin formasını geyinə bilər: “Bəli, “Mançester Siti” də mümkün variantlardan biridir”.

Qeyd edək ki, Robert Levandovskinin “Bavariya” ilə müqavilə müddəti 2023-cü ilin yayına qədərdir.