17:05 16-10-2021
news_image
113
FUTBOL

Salah Droqbanın rekordunu təkarladı

“Liverpul”un hücumçusu Məhəmməd Salah Premyer Liqa rekordunu təkrarlayıb.

Apasport.az saytının məlumatına görə, misirli forvard VIII turda “Uotford”la səfər matçında buna nail olub.

54-cü dəqiqədə komandasının 4-cü qoluna imza atan Salah Premyer Liqadakı ümumi qol sayını 104-ə çatdırıb. Bununla o, sabiq “Çelsi”li Didye Droqbanın bu çempionatda ən çox qol vuran afrikalı futbolçu rekordunu təkrarlayıb. 29 yaşlı oyunçuya rekordu ələ keçirmək üçün cəmi 1 qol lazımdır.

Bugünkü matçda hesabı açan Sadio Mane isə Premyer Liqanın ən məhsuldar üçüncü afrikalısıdır. Kamerunlunun aktivində 100 qol var.