17:33 16-10-2021
news_image
125
FUTBOL

Rəhman Hacıyev iştirak ərizəsinə niyə salınmayıb? - SƏBƏB

“Keşlə”nin yarımmüdafiəçisi Rəhman Hacıyev sıradan çıxıb.

Apasport.az saytı xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Sənan Qurbanov məlumat verib.

Çalışdırıcı 28 yaşlı futbolçunun Premyer Liqanın VII turunda “Səbail”lə səfər matçını buraxmasının zədə ilə əlaqədar olduğunu bildirib: “Rəhman Hacıyevin zədəsi var. “Sumqayıt”la yoxlama görüşü keçirəndə arxa əzələsində ağrılar hiss elədi və əvəzlədik. Risk etmək istəmədik. Həkimlər onun növbəti həftədən komandaya qoşulacağını deyir. Bu gün matçın iştirak ərizəsində adının olmaması zədə ilə bağlı idi”.

Qeyd edək ki, “Keşlə” “Səbail”i səfərdə 2:1 hesabı ilə məğlub edib.